Rusiya: "Təyyarədə türk izi yoxdur"
Misirin Sinay yarımadasında qəzaya uğrayan Rusiya təyyarəsinin Türkiyə ilə bağlantısı olan “Bozqurd” qrupu tərəfindən vurulması haqda yayılan xəbərlər həqiqətə uyğun deyil.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin açıqlamasında deyilib.
Xatırladaq ki, Misirin Sinay yarımadasındakı Şarm əş-Şeyx hava limanından səmaya qalxan Rusiyanın A321 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 224 nəfər həyatını itirmişdi.
Qəzaya səbəb kimi İŞİD tərəfindən təyyarəyə yerləşdirilən bombanın partlaması göstərildi.
Rusiyanın bəzi mətbuat orqanları “Bozqurd” milliyətçi təşkilatının olayda əli olduğu barədə qeyri-səhih xəbərlər yaymışdı.
Mənbə:> Axar.az