DTK agenti: "Təyyarəni Rusiya özü partladıb" » AzNews.info -Xəbər portalı

DTK agenti: "Təyyarəni Rusiya özü partladıb"

DTK agenti: "Təyyarəni Rusiya özü partladıb"


SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) agenti Misirin Sinay yarımadasında qəzaya uğrayan rus təyyarəsi ilə əlaqədar yeni iddia səsləndirib.

Publika.az xəbər verir ki, İngiltərədə yaşayan Boris Karpiçkov qəzanın arxasında hücuma görə məsuliyyəti üzərinə götürən İŞİD-in deyil, Moskvanın olduğunu bildirib.

DTK agentinin sözlərinə görə, Rusiya bununla da Ukraynaya müdaxilədən sonra həm simpatiya, həm də İŞİD-ə qarşı döyüşdə dəstək qazanmaq məqsədi güdüb.

Karpiçkov iddia edir ki, təyyarənin partladılması planını Rusiya Silahlı Qüvvələrinn Baş Qərargahı nəzdində Baş Kəşfiyyat İdarəsi hazırlayıb: “Rusiya bununla da bir daşla iki quşu vurmaq istəyib: İŞİD-i ittiham edərək Rusiyanın bölgədəki hərbi əməliyyatlarına və Yaxın Şərqlə silah ticarətinə dəstək qazanmaq”.

Qeyd edək ki, “Koqalımavia” şirkətinə məxsus Airbus-321 layneri oktyabrın 31-də Misirin Şarm əş-Şeyx şəhərindən Sankt-Peterburqa uçarkən Sina yarımadasının şimalında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 217 sərnişin və 7 ekipaj üzvü olub. Onlardan heç biri sağ qalmayıb.

Qəzaya görə məsuliyyəti İŞİD öz üzərinə götürüb. Rusiya da qəzanın səbəbinin terror aktı oluğunu təsdiqləyib.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *