Qətər: “Suriyaya ordu yeridilməsi ABŞ-ın planıdır”
Suriyaya quru qoşunlarının yeridilməsi məsələsini dəstəkləyirik.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qətərin Xarici İşlər naziri Şeyx Məhəmməd Əbdürrəhman Tani söyləyib. Onun sözlərinə görə, İŞİD-ə qarşı yerüstü əməliyyatların keçirilməsi ilə bağlı səsləndirilən fikirlərin heç biri yeni deyil:
“Əslində bu, beynəlxalq koalisiyanın liderliyində yer alan ABŞ tərəfindən planlanmışdı. Əgər Suriyaya quru qoşunlarının göndərilməsinə ehtiyac yaransa, bu koalisiyanın liderliyi altında olacaq. Səudiyyə Ərəbistanı buna qatılmaq istədiyini söylədi. Keçən ilin oktyabr ayında bizim o zamankı Xarici İşlər nazirimiz İŞİD-ə qarşı hücum olacağı təqdirdə istənilən dəstəyi verməyə hazır olduğumuzu bildirdi. Yəni belə bir plan öncədən planlanmışdı”.
Qeyd edək ki, bir müddət öncə Səudiyyə Ərəbistanı Suriyada yerüstü əməliyyatlara başlayacağını bəyan edib.
Mənbə:> Axar.az