Ərəbistan: “İranla aramızda vasitəçiyə ehtiyac yoxdur”
İran və Səudiyyə Ərəbistanı arasında beynəlxalq vasitəçiliyə ehtiyac yoxdur.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Cubeyr söyləyib. Onun sözlərinə görə, İran onlardan nə istədiyimizi bilir və bunun üçün vasitəçiyə ehtiyac yoxdur.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının İrandakı səfirliyinə olan hücumdan sonra Ər-Riyad Tehranla münasibətlərini kəsib. Səudiyyə Ərəbistanı baş verən hadisəyə görə İranın üzr istəməsini tələb edib.
Mənbə:> Axar.az