Ərəbistan Rusiyanı çökdürə bilmədi
Səudiyyə Ərəbistanı neftin qiymətləri ilə oynamaqla Rusiyanı dizi üstə çökdürə bilmədi.
Axar.az xəbər verir ki, bu sözlər Almaniyanın “Yunqe Velt” qəzetində dərc olunan məqalədə əksini tapıb. Məqalədə Rusiyanın artıq yeni bazarlara çıxdığını bildirib:
“Səudiyyə Ərəbistanı 2014-cü ildə Çinə ixrac etdiyi nefti 55 milyondan 20 milyon tona endirdi. Rusiya isə öz ixracatını 34 milyon tona qaldırdı. Bu amil Rusiyaya Qərb sanksiyalarının fəsadlarını aradan qaldırmağa yardım etdi. Artıq Səudiyyə Ərəbistanının özü maliyyə böhranı ilə üz-üzədir. Onun ümumi daxili məhsulu 20% azalıb”.
Qeyd edək ki, bu gün Beynəlxalq Valyuta Fondu Səudiyyə Ərəbistanının 5 il ərzində iflas edə biləcəyini açıqlayıb.
Mənbə:> Axar.az