Dubay şexyləri müharibəyə hazırdılar
Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyi İŞİD-ə qarşı yerüstü əməliyyatda iştirak etmək üçün Suriyaya qoşun yeritməyə hazır olduğunu bəyan edib.
Reuters xəbər verir ki, belə bir bəyanatla bazar günü krallığın xarici işlər naziri Ənvər Qarqaş çıxış edib.
“Biz İŞİD-ə qarşı müqavimətin yavaş templərindən narazıyıq”, - deyə, vurğulayan XİN rəhbəri söhbətin böyük hərbi kontingentdən getmədiyini qeyd edib, Oxu.Az xəbər verir.
Bununla yanaşı, Qarqaş BƏƏ-nin kampaniyada iştirakı üçün zəruri şərti də açıqlayıb – bu, əməliyyatların ABŞ-ın himayəsi altında aparılmasıdır.
Qeyd edək ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanı və Bəhreyn Suriya Ərəb Respublikasında yerüstü əməliyyatlar üçün qoşun göndərmək niyyətində olduqlarını açıqlayıblar.
Mənbə:> Oxu.Az