Küveyt İrandakı səfirini geri çağırdı
Bununla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri İranın diplomatik nümayəndəliyini ixtisar edir.
Küveyt İrandakı səfirini geri çağırıb, Reuters agentliyi məlumat yayıb.
Bu ərəfədə, Bəhreyn və Səudiyyə Ərəbistanı İran ilə diplomatik münasibətlərinə son qoyduqdan sonra Sudan hakimiyyəti İran səfirini ölkənin paytaxtı Hartumadan geri göndərmək barədə qərar qəbul edib.
Bununla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri İranın diplomatik nümayəndəliyini ixtisar edir, Oxu.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.
Səudiyyə Ərəbistanının DİN-in 47 nəfərə dair ölüm hökmünün icra edilməsi barəsində yaydığı məlumatdan sonra yanvarın 3-də etiraz aksiyası keçirən iranlılar Tehranda Səudiyyə Ərəbistanının səfirliyinə hücum ediblər.
Mənbə:> Reuters