Azərbaycanlı “KQB Tələt” türk generalının başına iş açdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Kriminal, Foto

Azərbaycanlı “KQB Tələt” türk generalının başına iş açdı – FOTO

Azərbaycanlı “KQB Tələt” türk generalının başına iş açdı


Türkiyədə özünü “rus generalı” kimi təqdim edən Tələt Ənvəroviç Çətin ehtiyatda olan general-leytenant Naci Karakayanın başına iş açıb.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “KQB Tələt”in adıkeçən şikayəti ilə əlaqədar generalın evi axtarılıb, kompüterlərinə həbs qoyulub.

Tələt Çətini adı ilk dəfə 2012-ci ildə gündəmə gəlib. O, özünü Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) general-polkovniki kimi təqdim edərək Özbəkistanda həbs edilən 5 türk iş adamının ailəsindən 2 milyon dollar alaraq qeyb olub.

Azərbaycanlı “KQB Tələt” türk generalının başına iş açdı


Əslən Azərbaycandan olan Tələt Ənvəroviç Çətinin adı bu dəfə “çirkli pulların yuyulması, tarixi əsərin qaçaqmalçılığı” araşdırması ilə gündəmə gəlib.

Ankara Təhlükəsizlik İdarəsinə 2015-ci ilin oktyabrında müraciət edən şəxs Rusiyadan Türkiyəyə pul keçirmək və tarixi əsərlərin qaçaqmalçılıq yolu ilə gətirmək istəyən Çetinin İstanbulda bəzi haker qrupları ilə görüşdüyünü, Türkiyədəki işlərin isə general Naci Karakaya tərəfindən idarə ediləcəyini bildirib.

Müraciət ilə əlaqədar polis sabiq general da daxil olmaqla üç nəfərin evində axtarış aparıb, kompüter, cib telefonlarına və bəzi şəxsi əşyalara həbs qoyulub.

Çetinlə tez-tez telefonda danışdığını etiraf edən general Karakaya, “Rusiyada tanış olduğum Çetin Rusiyanın DİN Təhlükəsizlik Akademiyasının rəis müavini və generaldır. Antalyada keçirilən G-20 zirvə toplantısına Putinin heyətində gəlmişdi” deyib.

Ona qarşı sürülən ittihamları isə “cəfəngiyyat” adlandıraraq təkzib edib.

Ehtiyatda olan general Naci Karakaya

Azərbaycanlı “KQB Tələt” türk generalının başına iş açdı


Tələt Ənvəroviç internetdəki şəxsi ünvanında “Rusiya Milli Təhlükəsizlik Xidmətində beynəlxalq münasibətlər üzrə rəis müavinidir. Beynəlxalq hüquq və iqtisadi təhsili var. Türk əsilli Rusiya vətəndaşıdır və Rusiyada yaşayır” yazılıb.

“Hüriyyet” Çətinin izini Rusiyada da araşdırıb. Rusiyada Çətin heç bir rəsmi qurumda səlahiyyətli şəxs kimi göstərilmir.

Beynəlxalq Təhlükəsizlik Akademiyasının adı Ədliyyə Nazirliyində “QHT” kimi qeyd edilib. Çətinin Sovet təhlükəsizlik qüvvələrinin və kəşfiyyat xidmətinin geyimlərindəki fotolarının isə sadəcə obrazın yaradılması üçün istifadə edildiyi söylənilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *