Rusiyada türk banklarına polis basqını » AzNews.info -Xəbər portalı

Rusiyada türk banklarına polis basqını - YENİLƏNİB

Rusiyada türk banklarına polis basqını

Banklar çirkli pulların yuyulmasında şübhəli bilinirlər.

Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Rusiya ərazisində yerləşən dörd türk bankında “çirkli pulların yuyulması” şübhəsi ilə yoxlama aparıblar, “Hurriyet” qəzeti öz mənbələrinə istinadən yazır.

Oxu.Az xəbər verir ki, mənbələrin sözlərinə görə, hər hansı bir qeyri-qanuni fəaliyyətə dair dəlil tapılmayıb.

Bununla yanaşı, nəşrin məlumatına görə, adı çəkilməyən türk biznesmeninin çirkli pullarının yuyulmasında şübhəli bilinən daha 20 Rusiya bankında da yoxlamalar aparılıb.

13:17

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Türkiyənin Rusiyada fəaliyyət göstərən 4 bankının filialına basqın edib.

Oxu.Az hurriyet.com.tr-yə istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin hədəfində yalnız türk bankları olmayıb. Türkiyənin maliyyə qurumları ilə yanaşı, Rusiyanın 20 bankına da basqın edilib.

Məlumata görə, Türkiyənin “Ziraat Bankası”nın bir şöbəsi, “Garanti Bankası”nın “Garanti Bank Moskva”, Rusiyanın “Sofiya Bankı”nı alan “İş Bankası”nın “İşBank”ı, “Fiba Holding”in “Gredit Europe”, “Yapı kredi”nin eyni adlı Moskva şöbəsi, habelə “Rusiya Sberbank”ın əsas iştirakçısı olan “Deniz bankası” da Rusiyada fəaliyyət göstərir.

Rusiya Federal Təhlükəsizlik Xidmətindən bildirilib ki, həyata keçirilən əməliyyatın əsas məqsədi Türkiyə vətəndaşı olan bir iş adamının çirkli pulların yuyulması ilə bağlı fəaliyyətini ortaya çıxarmaqdır.

Ancaq Rusiyada bank sektorunda çalışan Türkiyə vətəndaşı deyib ki, əsas məqsəd türk banklarına və iş adamlarına təzyiq etməkdir:

““Çirkli pul” bəhanəsi ilə bankları narahat edirlər”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *