Rusiyada litvalı casus tutuldu
Rusiya Federal Təhlükəsizlik Xidmətinin nümayəndələri məxfi informasiyanın alınması vaxtı Litva kəşfiyyatının əməkdaşını saxlayıblar.
ANS PRESS-in məlumatına görə, bu haqda Federal Təhlükəsizlik Xidməti xəbər verib.
“Mayın 19-da Moskvada Rusiyanın Federal Təhlükəsizlik Xidməti Litva vətəndaşını saxlayıb. Həmin şəxs Litva Respublikasının qeyri-leqal kəşfiyyatının əməkdaşıdır. Xarici kəşfiyyatçı sənədli məxfi informasiyanın Rusiya vətəndaşından alma vaxtı cinayət başında tutulub. Dəlillərin təqdimatından sonra o, ifadələrində Litva hərbi kəşfiyyatının zabiti olduğunu etiraf edib”, - deyə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir.
Hazırda casus "Lefortovo" istintaq təcridxanasında saxlanılır.
Mənbə:> ANSPRESS