MTN-in sabiq generalı həbs edildi – YENİLƏNİB
Səbayıl Rayon Məhkəməsi general Akif Çovdarov barədə hökm çıxarıb.
AzNews.info xəbər verir ki, virtualaz.org saytının hazırda məhkəmə binası önündə olan müxbiri xəbər verir ki, məhkəmənin qərarına görə, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov barədə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
15:24
Ötən gün həbs edilən Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov hazırda Səbail Rayon Məhkəməsinə aparılır.
AzNews.info Report-a istinadən xəbər verir ki, ona qarşı rəsmi ittiham irəli sürülüb.
General Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi, eləcə də, vəzifə səlahiyyətlərini aşma və şantajda təqsirli bilinir.
Xatırladaq ki, Akif Çovdarov ötən gün Baş Prokurorluq əməkdaşları tərəfindən saxlanılaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə aparılıb. Sabiq dövlət rəsmisi orada dindirildikdən sonra Nərimanov rayonunda yerləşən müvəqqəti saxlama məntəqəsinə aparılıb.
Mənbə:> Virtualaz.org / Report.az / Oxu.az