Türkiyə üçün şok rəqəm: 600 min yoldadır
Ən pis halda Türkiyəyə 600 minə yaxın miqrantın gəlməsi gözlənilir.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş jurnalistlərə açıqlamasında deyib.
“Əsas hədəfimiz Suriyadan gələn miqrantları Türkiyə sərhədləri xaricində yerləşdirmək və orada onlara xidmət göstərməkdir. Suriya ilə 911 kilometr uzunluğunda sərhədimiz var. Qonşu ölkədə cərəyan edən proseslər bizi yaxından maraqlandırır. Lakin 4 min, 6 min, yaxud 10 min kilometr uzaqdan gələnlər də Suriyaya maraq göstərir. Hətta Suriya böhranının mərkəzindədirlər. Onlar Suriyanın bölünməsinin, parçalanmasının tərəfdarıdırlar”, - Qurtulmuş qeyd edib.
Qurtulmuş onu davurğulayıb ki, Türkiyə daxilində fəaliyyət göstərən PKK terrorçularına qarşı sona qədər mübarizə aparılacaq.
Mənbə:> Axar.az