Xamenei Avropanın “zəif nöqtəsi“ni açıqladı
İranın ali dini lideri Əli Xamenei hesab edir ki, Avropa ölkələrinin öz iradələri yoxdur və onlar ABŞ-ın təsiri altındadırlar.
Oxu.Az Gazeta-ya istinadən xəbər verir ki, Əli Xamenei bu barədə Yunanıstanın baş naziri Aleksis Tsiprasla görüş zamanı deyib.
“Bu tənqid, ABŞ-ın təsiri altında olan və öz iradələrini itirən Avropya aiddir”, - o deyib. Dini liderin sözlərinə görə, avropalı siyasətçilərin bu “zəif nöqtəyə” diqqət yetirməlidirlər.
Xamnei həmçinin Suriyadakı vəziyyəti şərh edib. O qeyd edib ki, terrorçuluq “çox təhlükəli və yoluxucu xəstəlikdir“ və “bu xəstəliyə” yalnız birlikdə qalib gəlmək olar.
Mənbə:> Oxu.Az