İranın ali dini lideri ABŞ-la danışıqlara qadağa qoydu
İranın ali dini lideri Əli Xamenei rəsmi Tehran və Vaşinqton arasında danışıqlara qadağa qoyub.
Oxu.Az-ın məlumatına, bu barədə The Wall Street Journal nəşri yazıb.
Xamenei bəyan edib ki, ABŞ və İran arasındakı danışıqlar rəsmi Vaşinqtona ölkənin daxili siyasətinə təsir göstərmək imkanı yaradır.
O qeyd edib ki, İranın nüvə proqramı ilə bağlı danışıqlar da istisna deyil.
Ali dini lider iki ölkə arasında birbaşa danışıqlara tam qadağa qoyub.
Mənbə:> Oxu.Az