Xamenei ABŞ-ı firon adlandırdı
İranın ali lideri Ayətolla Əli Xamenei xaçpərəstlərə müraciət edərək, Amerikada yaşayan qaradərilərə kömək göstərməyi xahiş edib.
ANS PRESS-in məlumatına görə, İranın Ali dini lideri ABŞ rejimini firon adlandırıb və xaçpərəstləri qaradərili əhaliyə kömək etməyə çağırıb.
Xameneinin Tvitter səhifəsində yazdığı mikrobloqda deyilir: "Həqiqi xaçpərəstlər həmişə zülm edənlərin deyil, zülmə məruz qalanların tərəfində olublar. İsa məsih bu həyatda və ölümdən sonra cəhənnəm yaradan firounlara garşı çıxaraq, əziyyətləri gəbul edib məzlumları dəstəklədi."
Mənbə:> ANSPRESS