Səudiyyə: “Əsəd Suriyanın gələcəyində...”
Əsəd Suriyanın gələcəyində yer almayacaq. Müxalifət xalqın gözləntilərini və narahatlıqlarını apararaq Cenevrəyə gedib.
Axar.az xəbər verir ki, bunu Afrika Birliyi Zirvəsinə qatılmaq üçün Efiopiyaya səfər edən Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil əl Cübeyr jurnalistlərə açıqlamasında deyib.
“Səudiyyə Ərəbistanı qardaş Suriya müxalifətinin Bəşər Əsədin olmadığı yeni bir gələcək üçün müvəqqəti hökumətin qurulması, seçkilərin keçirilməsi məqsədilə Cenevrədəki görüşlərə qatılmaq qərarını dəstəkləyir”, - Cübeyr bildirib.
Səudiyyəli nazir ölkəsinin Suriya müxalifətini bütün siyasi dialoqlar prosesində və hərbi sahədə dəstəklədiyini qeyd edib.
Mənbə:> Axar.az