Ankara hərəkətə keçdi: “İslam NATO”su yaradılır » AzNews.info -Xəbər portalı

Ankara hərəkətə keçdi: “İslam NATO”su yaradılır

Ankara hərəkətə keçdi: “İslam NATO”su yaradılır


Türkiyə Səudiyyə Ərəbistanın liderliyi ilə yaradılan İslam İttifaqında yer alacaq.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu bildirib.

Mövlud Çavuşoğlu Türkiyənin Ər-Riyadda qurulacaq mexanizmin bütün mərhələlərində, o cümlədən hərbi mərhələdə iştirak edəcəyini deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ər-Riyada son səfərini şərh edən SETA Fondunun Ankara koordinatorunun müavini Muhittin Ataman TRT kanalına verdiyi müsahibəsində iki ölkənin bir-birinə ehtiyac duyduğunu söyləyib: “Suriya böhranında iki ölkə eyni cəbhədə yer alıb. Əsəd rejiminin getməsini ən çox bu iki ölkə istəyir. İranın “altılıq”la imzaladığı nüvə razılaşması hər iki ölkədə narahatlıq mənbəyi oldu. Razılaşma Səudiyyə Ərəbistanı və Türkiyənin Qərb üçün əhəmiyyətinin azaldığı anlamına gəlirdi. Qərb bu üç ölkəni eyni anda dəstəkləmir. Rusiyanın Suriya lehinə döyüş meydanına enməsi də bu iki ölkə arasında bağları daha da artırdı”.

Türkiyəli ekspert İraq, Suriya və Yəməndə dövlətin, Qətərdən başqa körfəz ölkələrində isə vəziyyətin qənaətbəxş olmadığını deyib: “Bölgədəki mövqelərini möhkəmləndirmək üçün Səudiyyə Ərəbistanı və Türkiyənin bir-birinə ehtiyacı var. Çox həssas nöqtədəyik”.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *