Ərdoğan Səudiyyə Ərəbistanına səfərə gəlib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Səudiyyə Ərəbistanına rəsmi səfərə gəlib.
Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, ölkə başçısını kral Salman ibn Əbdül Əziz əl-Səud qarşılayıb.
Ərdoğanla birgə Səuidiyyə Ərəbistanına Türkiyənin iqtisadiyyat naziri Mustafa Əlitaş, energetika və təbii sərvətləri naziri Berat Albayrak və xarici işlə naziri Mövlüd Çavuşoğlu gəliblər.
Qeyd olunur ki, artıq iki ölkə arasında strateji əməkdaşlıq şurasının yaradılması barədə razılıq əldə olunub.
Bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə birgə keçridiyi mətbuat konfransında məlumat verib.
“Kral Salman Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla strateji əməkdaşlıq şurasının yaradılmasını müzakirə edib. Strateji şura Səudiyyə-Türkiyə münasibətlərini daha da yaxşılaşdıracaq”.
Mənbə:> Oxu.Az