Kral Salman neftin qiymətinin ucuzlaşmasından narahatdır
Ər-Riyad neft bazarının sabitləşməsində maraqlıdır və tarazlaşdırılmış siyasət aparır, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
Bu barədə Səudiyyə Ərəbistanının Konsultasiya Şurasının (Məclis aş-Şura) rəsmi Twitter akkauntunda ölkənin kralına istinadən məlumat yayılıb.
“Krallıq neft bazarının sabitləşməsində maraqlıdır və tarazlaşdırılmış siyasət aparır, bu indiki və gələcək nəsillərin marağındadır”, - məlumatda monarxın sözlərindən sitat gətirilir.
Səudiyyə Ərəbistanının kralı Salman ibn Abdul-Əziz Əl Səud çərşənbə günü Konsultasiya Şurasına (Məclis əş-Şura) illik müraciəti ilə çıxış edib.
Mənbə:> Oxu.Az