İlham Əliyev Gürcüstana səfər edəcək
Azərbaycan prezidenti İlham Əliyev “ən yaxın vaxtlarda” Gürcüstana səfər edəcək.
Oxu.Az xəbər verir ki, bu haqda Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Davos iqtisadi forumu zamanı Azərbaycan prezidenti ilə görüşünün nəticələrinə dair jurnalistlərə açıqlamasında bildirib.
Baş nazir deyib ki, Əliyevlə söhbətdə qaz məsələsindən danışmayıblar. Kvirikaşvilinin fikrincə bu, “texniki xarakter” daşıyır. Baş nazirin sözlərinə görə, Gürcüstanla Azərbaycan arasında qətiyyən problem yoxdur.
“İlham Əliyevlə gorüş isti, dostluq atmosferində keçdi. Biz doğrudan da qaz təchizatı məsələsi ilə bağlı danışmadıq. Yeganə onu qeyd etdi ki, bu, texniki məsələdir. Bizim dövlətlərimiz arasında heç bir fikir ayrılığı yoxdur. Əksinə, biz çox optimistik. İpək yolu layihəsini-Bakı-Tiflis-Qars dəmir yolunun tikintisini həyata keçiririk. Bu, bizim ölkələrin iqtisadi inkişafı üçün mühüm mənbədir” - Kvirikaşvili bildirib.
Baş nazirin bildirdiyinə görə yaxın vaxtlarda prezident İlham Əliyev Gürcüstana səfər edəcək. “Biz razılaşdıq ki, cənab Əliyev yaxın vaxtlarda Gürcüstana səfər edəcək, və bizim çox yaxşı münasibətlərimiz var” - Gürcüstan hökumətinin rəhbəri bildirib.
Mənbə:> Oxu.Az