İlham Əliyev Belarusa rəsmi səfər edəcək
Azərbaycan prezidenti İlham Əliyev 27-28 noyabr tarixlərində Belarusa rəsmi səfər edəcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Belarus prezidentinin rəsmi saytında məlumat verilir.
Məlumata əsasən, Azərbaycan prezidenti Belarus prezidenti Aleksandr Lukaşenko ilə təkbətək və geniş tərkibdə görüş keçirəcək, həmçinin bir sıra sənədlərin imzalanması planlaşdırılır.
Prezident İlham Əliyevin Minskdəki Qələbə abidəsinə əklil qoyması və Belarusun Böyük Vətən Müharibəsi tarixi muzeyinə ziyarət etməsi gözlənilir.
Mənbə:> Oxu.Az