Azərbaycan XİN erməni mətbuatının yalanını üzə çıxardı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Azərbaycan XİN erməni mətbuatının yalanını üzə çıxardı

Azərbaycan XİN erməni mətbuatının yalanını üzə çıxardı


Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin fermer və əkinçilərindən ibarət nümayəndə heyətinin 2015-ci ilin oktyabr ayında İran İslam Respublikasına səfəri və İran rəsmiləri ilə görüşməsi barədə məlumat verilib.

Bu barədə Oxu.Az-a Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, Xarici İşlər Nazirliyi tərəfindən diplomatik kanallar vasitəsilə bu məlumat araşdırılıb.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən Xarici İşlər Nazirliyinə ünvanlanmış cavab notasında qondarma rejimin fermer və əkinçilərindən ibarət nümayəndə heyətinin İrana səfəri və bu ölkənin rəsmiləri ilə görüşməsi barədə xəbərin həqiqəti əks etdirmədiyi bildirilib və Ermənistan KİV-də yayılan xəbərlər təkzib olunub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *