Sepatarçı ermənilərə cavab » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Qarabağ

Sepatarçı ermənilərə cavab

Sepatarçı ermənilərə cavab


"Ermənistan kütləvi informasiya vasitələrinin verdiyi məlumata əsasən, Azərbaycan Respublikasının Zəngilan rayonunun Ermənistan tərəfindən işğalının ildönümü ərəfəsində qondarma rejim tərəfindən Zəngilanda uşaq baxçasının açılış mərasimi keçirilib. Prezidentlər səviyyəsində bu ilin 27 oktyabr tarixində Parisdə keçirilmiş görüşün fonunda Ermənistan bu addımı təxribat xarakteri daşıyır".

ANS PRESS-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri v.i.e Hikmət Hacıyev bildirib. O bildirib ki, 1993-cü ilin 29 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Zəngilanda heç vaxt ermənilər yaşamayıb: "Bu kimi addımlar bir daha ona dəlalət edir ki, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərini ilhaq etmək siyasətini yürüdür".

Hikmət Hacıyev qeyd edir ki, işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən bu kimi fəaliyyətin aparılması 1949-cu il Cenevrə Konvesiyası və onun əlavə protokollarına birbaşa ziddir.

XİN rəsmisinin sözləri görə, BMT Təhlükəsizlik Şurasının 1993-cü il 11 noyabr tarixli 884 saylı qətnaməsində Azərbaycanın Horadiz qəsəbəsinin və Zəngilan rayonunun işğal edilməsi pislənilir və işğalçı qüvvələrin işğal edilmiş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *