Bavariya Ermənistan və Gürcüstanı “qara siyahı”ya salmaq istəyir
Bavariya hökuməti qaçqınların ərizələrinə baxılmayacağı ölkələrin siyahısını genişləndirmək istəyir. Bu siyahıya Ermənistan da əlavə edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Almaniyanın “Süddeutsche Zeitung” qəzeti yazır.
Bavariyanın daxili işlər naziri Yoahim German hökumət iclasında mənşəcə təhlükəsiz ölkələr konsepsiyasının perspektivsiz müraciətlərin tez bir zamanda geri qaytarılması üçün xüsusilə əlverişli olduğunu bəyan edib.
Bu siyahıya əsasən Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, Hindistan, Mali, Monqolustan, Əlcəzair, Qambiya, Banqladeş daxil edilib.
Bu ölkələrdən daxil olan müraciətlər Federal Miqrasiya və Qaçqınlarla iş üzrə xidmət tərəfindən çox nadir hallarda təmin edilir.
Mənbə:> Oxu.Az