Putin Obamanın Rusiya haqqında dediklərinə cavab verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Putin Obamanın Rusiya haqqında dediklərinə cavab verdi

Putin Obamanın Rusiya haqqında dediklərinə cavab verdi


ABŞ prezidenti Barak Obamanın Rusiyanın regional dövlət kimi və digər ölkələr haqqında məhvedici fikirlər irəli sürməsi və özünün istisna olmasını sübut etməyə cəhd yanlış mövqedir, Rusiya prezidenti Vladimir Putin belə hesab edir.

“Mən düşünürəm ki, digər ölkələr haqqında fikirlər, digər ölkələr haqqında məhvedici tərzdə düşüncələr öz istisnalığını göstərməyin digər yoludur.

Mənə elə gəlir ki, bu, yanlış mövqedir”, - Putin bu barədə Almaniyanın Bild nəşrinə verdiyi müsahibədə, ABŞ prezidenti Barak Obamanın Rusiyanın regional dövlət kimi haqqında dediyi sözlərə dair sualı cavablandıran zaman bəyan edib.

“Rusiya haqqında regional dövlət kimi danışmağa gəldikdə, ilk olaraq hansı regiondan söhbət getdiyini müəyyənləşdirmək lazımdır. Xəritəyə baxıb: bu, hansı hissədir, Avropa hissəsi? Və ya qonşularımızın, Yaponiya və Birləşmiş Ştatların?

Əgər Alyaska və Çini nəzərə alsaq şərq hissəsidir? Bu, Asiya hissəsidir? Və ya cənub hissədir? Və ya şimala baxaq. Şimalda Buzlu okean vasitəsilə Kanada ilə qonşuyuq. Və ya cənubda? Hansı regiondan söhbət gedir?”, - Putin qeyd edib.

O həmçinin amerikalı liderin Rusiya haqqında sözlərinə heç bir reaksiya vermədiyini bildirib, belə ki, hər kəs şəxsi fikrini söyləmək hüququna malikdir.

“Bu, onun fikridir, eləcə də mənə onun Amerika millətinin, Birləşmiş Ştatların istisna olmasına dair fikri də məlumdur. Mən bununla razı deyiləm”, - Putin deyib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *