La Jornada: Putin ABŞ üzərində qələbələr qazanmağa davam edir
Con Kerrinin Soçiyə səfəri Birləşmiş Ştatların Rusiya ilə qarşıdurmaya davam gətirməməsini, Rusiyanın Çin ilə əlaqələrinin möhkəmlənməsi isə amerikalı prezidentin Moskvanın təcrid edilməsinə etdiyi ümidinin puça çıxmasını göstərir.
Bu barədə La Jornada-da dərc edilmiş məqaləsində amerikalı analitiklərə istinadən Alfredo Halife-Rahme yazır.
Müəllif, “Kerrinin səfəri ABŞ-ın Rusiya ilə qarşıdurmaya davam gətirə bilmədiyi kimi izah edilir. Bunun Obamanın Rusiyanın və onun liderinin müasir dünyada oynadığı vacib rolun özünəməxsus səssiz etirafı” olmasını ehtimal edən The New York Times icmalçısı Devid Qerşenhorndan sitat gətirir.
Halife-Rahme qeyd edir ki The NYT Putinin ABŞ üzərində diplomatik qələbə çaldığını etiraf edən yeganə xarici nəşrdir.
“Obamanın Rusiya iqtisadiyyatını çökdürdüyü və Rusiya liderini neftin qiymətlərini ucuzlaşdırmaqla küncə qısdığı qürrələndiyi zaman geridə qaldı. Əsassız sözlər duman kimi dağıldı”, - La Jornadanın icmalçısı yazır.
Müəllifin fikrincə, Rusiyaya qarşı ritorikada dəyişiklik, həm də “Kerrinin, deyəsən artıq tarixi sahibinə qayıdan strateji mühüm yarımada - Krım barədə məsələyə toxunmaq istəməməsi” faktıdır.
Eləcə də Halife-Rahmenin fikrincə, Moskvanın beynəlxalq təcridi cəhdi boşa çıxıb, Barak Obama özü “Moskvada Rusiya və Çin arasında strateji tərəfdaşlığın (hərbi ittifaqın deyil) əyani təzahürü olan təsirləndirici hərbi paraddan sonra təcrid olunmuş vəziyyətə düşdü”.
Amerika prezidentinin hərəkətlərini isə müəllif düşünülməmiş hesab edir, eləcə də ABŞ “xarici siyasətini hazırlıqsız insanların müəyyən etdiyini” ehtimal edir.
Mənbə:> Oxu.Az