Obamanın itini oğurlamaq istədilər
Vaşinqtonda prezident Obamanın iki itindən biri, Bonu oğurlamaq istəyən səbatsız kişi saxlanılmışdır. The Washington Post – un verdiyi xəbərə görə, xüsusi orqanlar cinayətkarı Vaşinqton otellərindən birində saxlayıb.
Oxu.Az-ın Rosbalt-a istinadən verdiyi xəbərə görə, Şimali Dakotadan olan saxlanılmış 49 yaşlı Skott Stokertin avtomobilində soyuq və odlu silah arsenalı: ov tüfəngi, tüfəng, 350-dən artıq patron, həmçinin polis dəyənəyi və maçete – aşkarlanıb.
Saxlanılandan sonra Stokert bildirib ki, onun adı İsa Məsihidir, valideynləri isə amerikanın gözəl qadını Merilin Manro və ABŞ-ın 35-ci prezidenti Con Kenedidir.
Hüquq-mühafizə orqanlarının Stoukerin psixikası ilə hər şeyin qaydasında olmaması haqqında ehtimalları onun özünün Amerika prezidentliyinə namizədliyini irəli sürmək istəməsi bəyanatı ilə təsdiqlənib.
Mənbə:> Oxu.Az