Obamanın adamının 15 yaşlı oğlanla seks qalmaqalı
ABŞ prezidenti Barak Obamanın administrasiyasının əməkdaşı Terri Bin həddi-buluğa çatmamış oğlanla cinsi əlaqədə ittiham edilir.
ANS PRESS-in məlumatına görə, bu haqda The New York Post qəzeti yazıb.
66 yaşlı vəsait yığımı üzrə Demokratik fondun başçısı Terri Bin Oreqon ştatı Portlenddə həbs edilib. Terri Bin 15 yaşlı yeniyetməylə cinsi əlaqədə şübhəli bilinir. Terri Binin "gey" olması mətbuatda əvvəllərdə yazılmışdı.
Qeyd edilir ki, Bin 40 min dollar təklif edərək "işi" həll etməyə çalışıb.
Qeyd edək ki, Obamanın prezident seçkiləri zamanı kampaniyanın gedişatında Bin 500 min dollardan çox yığmağı bacarıb.
Mənbə:> ANSPRESS