Misir BMT TŞ üzvü oldu
Bu gündən etibarən Misirin BMT Təhlükəsizlik Şurasında (TŞ) iki il müddətinə müvəqqəti üzvlüyü başlayıb.
Axar.az MENA agentliyinə istinadən xəbər verir ki, Qahirənin TŞ-də iştirakı 31 dekabr 2017-ci ilə qədər davam edəcək.
Qeyd edək ki, ötən ilin 15 oktyabrında keçirilən səs vermə zamanı Misirlə bərabər Seneqal, Uruqvay, Yaponiya və Ukrayna TŞ-yə müvəqqəti üzv seçilib.
Xatırladaq ki, Azərbaycan da 24 oktyabr 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının iki illik (2012-2013) qeyri-daimi üzvü seçilib.
Mənbə:> Axar.az