Baxçalıdan Davudoğluna sürpriz təklif
Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Baş nazir Əhməd Davudoğlu ilə görüşdən öncə maraqlı təklif edib.
Axar.az xəbər verir ki, Baxçalı Davudoğlu ilə aralarında baş tutacaq görüşün lentə alınmasını istəyib.
Buna səbəb isə liderlərin bundan öncəki bir neçə görüşünün ictimaiyyətdə fərqli əks olunması göstərilib.
Davudoğlu bu təklifi qəbul etməzsə, görüşün stenoqramı çıxarılacaq.
Qeyd edək ki, Baxçalı-Davudoğlu görüşü yanvarın 4-də baş tutacaq.
Mənbə:> Axar.az