Davudoğlu kürdyönümlü partiya lideri ilə bir masa arxasında
Türkiyənin baş naziri Əhməd Davudoğlu kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) lideri Səlahəddin Dəmirtaşla danışıqlara başlayıb.
Bu barədə Trend “TRT Haber” telekanalına istinadən xəbər verir.
Görüş kolisiya hökumətinin qurulması və 2009-cu ildə başlayan kürd probleminin demokratik həlli prosesinin müzakirəsinə həsr olunacaq.
Bir müddət əvvəl isə baş nazir Ə.Davudoğlu Cümhuriyyət Xalq Partiyasınin lideri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı ilə koalisiya hökumətinin yaradılması barədə danışıqlar aparıb.
Mənbə:> Trend