Əhməd Davudoğlu Azərbaycana səfər edəcək
Türkiyənin Baş naziri Əhməd Davudoğlu Azərbaycana səfər edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı “Bugün” qəzeti yayıb.
Bildirilir ki, seçkilərdə qalib gələn “Ədalət və İnkişaf Partiyasının” AKP lideri Davudoğlu Türkiyənin AKP-yə ən çox səs vermiş bölgələrinə “təşəkkür ziyarəti” həyata keçirəcək.
Hökumət qurulduqdan sonra isə Davudoğlu ilk ziyarətini Şimali Kipr Türk Cumhuriyyətinə, Azərbaycana və İraqa edəcək.
Mənbə:> Oxu.Az