Türkiyənin baş naziri vəzifəsini təhvil verib
Türkiyənin Baş naziri və Ədalət və İnkişaf Partiyasının sədri Əhməd Davudoğlu vəzifəsini Rəcəb Tayyib Ərdoğana təhvil verib.
AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, prezident sarayında 1 saat 25 dəqiqə davam edən görüş mətbuata qapalı keçirilib.
Görüşün yekununda rəsmi məlumat verilib:
“Əhməd Davudoğlu prezidentə bütün səylərinə rəğmən etibarlı hökumət qurma imkanını tapmadığını bildirib və vəzifəsini Rəcəb Tayyip Ərdoğana təhvil verib. Prezident Davudoğluna gördüyü işlərə görə təşəkkür edib”.
Mənbə:> APA