Əhməd Davudoğlu ağladı – VİDEO
Van şəhərində şəhidlər üçün hazırlanmış vida mərasimində çıxış edən Türkiyənin baş naziri Əhməd Davudoğlu göz yaşlarını saxlaya bilməyib.
Oxu.Az xəbər verir ki, Türkiyənin baş naziri PKK-nın hücumu nəticəsində şəhid olan 16 türk əsgəri üçün hazırlanmış vida mərasimində iştirak edib.
Çıxışı zamanı A.Davudoğlu göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, Türkiyənin şərqində - Hakkari bölgəsində PKK terror təşkilatının üzvlərinin hücumu nəticəsində 16 türk hərbçisi ölüb.
Mənbə:> Oxu.Az