Davudoğlu Türkiyəni terrorçulardan təmizləyəcəyinə söz verib
“Bu ölkənin dağları, düzənlikləri, şəhərləri terrorçulara verilməyəcək”.
Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkə ərazisini Kürd Fəhlə Partiyasının terrorçularından təmizləyəcəyinə söz verib.
Oxu.Az xatırladır ki, Türkiyənin şərqində - Hakkari bölgəsində PKK terror təşkilatının üzvlərinin hücumu nəticəsində 16 türk hərbçisi ölüb
“O dağlar terrorçulardan təmizlənəcək. Nə olursa olsun təmizlənəcək. Bu ölkənin dağları, düzənlikləri, şəhərləri terrorçulara verilməyəcək”, Ə.Davudoğlu Ankarada jurnalistlərə açıqlamasında bildirib.
Mənbə:> Oxu.Az