"Zərbələrin 20 faizini Fransa endirir"
Qərb koalisiyasının İŞİD terror qruplaşmasına vurduğu zərbələrin 20 faizini Fransa Hərbi Hava Qüvvələrinin təyyarələri təmin edir.
Axar.az CNN-ə istinadən xəbər verir ki, bu sözləri fransız admiral Rene Jan Krinola BFM TV kanalına müsahibəsi zamanı deyib.
Onun sözlərinə görə, Fransa İŞİD-ə qarşı qətiyyətli və planlı şəkildə mübarizə aparır:
“Bizim mübarizəmiz artıq öz nəticələrini verir. Fransa Hərbi Hava Qüvvələrinin təyyarələri koalisiyanın yerinə yetirdiyi zərbələrin 20 faizini təşkil edir”.
Mənbə:> Axar.az