Putin və Olland İŞİD-lə mübarizədə razılığa gəliblər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Putin və Olland İŞİD-lə mübarizədə razılığa gəliblər

Putin və Olland İŞİD-lə mübarizədə razılığa gəliblər


Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Fransua Olland ilə telefon danışığı zamanı Suriyada İŞİD terror qruplaşması ilə mübarizədə əməkdaşlığın gücləndirilməsinə dair razılığa gəliblər.

AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.

“Liderlər beynəlxalq terrorçuluğa qarşı mübarizədə ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetiriblər. Suriyada Fransa və Rusiya tərəfindən terror qruplarına qarşı keçirilən əməliyyatlar zamanı iki ölkənin hərbi qurumları və xüsusi xidmət orqanları arasında daha sıx təmasların qurulmasının və addımların əlaqələndirilməsinin təmin olunmasına dair razılığa gəlinib”, deyə məlumatda qeyd olunub.

Putin və Olland noyabrın 26-da Moskvada dialoqun davam etdirilməsinə dair razılığa gəliblər.

Qeyd edək ki, Fransa prezidentinin noyabrın 24-də Vaşinqtona, noyabrın 26-da isə Moskvaya səfəri nəzərə tutulub. Dövlət başçıları İŞİD-ə qarşı mübarizə metodlarını və Suriyadakı vəziyyəti müzakirə etmək niyyətindədirlər.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *