İraqda İŞİD tərəfində döyüşən Almaniya və Fransa vətəndaşları öldürülüb
İraqın Ər-Ramadi və Mosul şəhərlərində 10-dan çox İŞİD döyüşçüsü, o cümlədən, 4 Almaniya və 2 Fransa vətəndaşı öldürülüb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Əs-Samariyyə” telekanalına hərbi mənbələrdən məlumat verilib.
Telekanalın məlumatına görə, İraq HHQ-nin ölkənin şərqində Ər-Ramadi şəhərinə endirdiyi zərbələr zamanı ən azı 5 terrorçu ölüb. Daha 6 yaraqlı isə - Fransa və Almaniyadan olan muzdlular - Mosul şəhərində minaya düşərək ölüblər.
Mənbə:> Oxu.Az