Aksyonovdan Poroşenkoya: “Krımı unut”
Krımın Baş naziri Sergey Aksyonov Ukrayna Prezidenti Pyotr Poroşenkoya yarımadanı unutmağı məsləhət görüb.
Axar.az xəbər verir ki, NTV telekanalına müsahibə verən Aksyonov Krımın əbədi olaraq Rusiyada qalacağını deyib:
“Bu, hörmətli Poroşenkonun xəyalıdır. Krım heç vaxt Ukraynaya qaytarılmayacaq. Yarımada keçmişdəki ana yurduna döndü və həmişə Rusiyada qalacaq”.
Mənbə:> Axar.az