ABŞ-dan Krıma zərbə » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

ABŞ-dan Krıma zərbə

ABŞ-dan Krıma zərbə


ABŞ prezidenti Barak Obama Krımın iqtisadi blokadaya alınmasını elan edib.
ANS PRESS-in məlumatına görə, qərara əsasən Rusiyanın tərkibinə daxil olan yarımada ilə istənilən iqtisadi münasibətlər qadağan edilib.

Obama Avropa Birliyinin Krım barəsindəki yeni sanksiyalarının qüvvəyə mindiyini xatırladıb: "Mən bu gün, gələcəyə addımlar atan Ukraynadakı vəziyyət barəsində fərman verdim. Fərman Krıma məhsul, texnologiya və xidmətlərin ixracını, eyni zamanda Krımdan məhsul, texnologiya və xidmətlərin idxalını qadağan edir. Bununla yanaşı Krıma sərmayələr qoyulmasına da icazə verilməyəcək" - deyə Obama bəyan edib.

ABŞ prezidenti Rusiyanın Krımı ilhaq etməsi ilə bağlı danışaraq RF-ni kəskin tənqid edib: "Fərmanın məqsədi regionda fəailiyyət göstərən ABŞ-ın aparıcı biznes və korporasiyalarına vəziyyəti izah etməkdən ibarətdir. Mən yenidən Rusiyanı Krımın zəbt edilməsi cəhdindən əl çəkməyə, Ukraynanın şərqində separatçılara dəstək verməyi kəsməyə və beynəlxalq razılaşmalara uyğun olaraq öz öhdəliklərini yerinə yetirməyə çağırıram".

Obama bildirib ki, biz sanksiyaları davam etdirəcəyik və beynəlxalq tərəfdaşlarla sıx əlaqəli şəkildə çalışaraq Rusiyanın hərəkətlərinə cavab verəcəyik.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *