Ermənistanda Sarkisyanı partlatmaq istəyiblər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Hadisə

Ermənistanda Sarkisyanı partlatmaq istəyiblər

Ermənistanda Sarkisyanı partlatmaq istəyiblər


Noyabr ayında Ermənistanın Milli Təhlükəsizlik Xidməti tərəfindən zərərsizləşdirilən cinayətkar qruplaşma respublikanın dövlət idarələrini ələ keçirmək və Serj Sarkisyanın təyyarəsini partlatmaq istəyiblər.

Oxu.Az xəbər verir ki, erməni qəzeti “Qraparak” bu barədə mənbəyə istinadən məlumat yayıb.

“Qrupun bir neçə yarımqrupu mövcud olub, onlar eyni zamanda prezident iqamətgahını, hakimiyyəti, parlamenti, Konstitusiya məhkəməsini və televiziya qülləsini zəbt etməli idilər. Əsas əməliyyat isə Fransaya səfərə hazırlaşan Ermənistan prezidentinin təyyarəsinin partladılması idi”, - məqalədə deyilir.

“Əməliyyat yaxşı planlaşdırılmışdı, amma qrupun rəhbəri Artur Vardanyan səhvə yol verib, lazım olmayan adamla görüşüb, bundan sonra xüsusi xidmətlərin nəzər nöqtəsinə düşüb”, - məlumatlı mənbə nəşrə bildirib.

Noyabrın 25-də Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları polis əməkdaşları ilə birgə İrəvan ətrafında evlərin birində bandanı saxlayaraq zərərsizləşdiriblər.

Dekabrın 19-da Ermənistanın sabiq müdafiə naziri Vaqan Şirxanyan saxlanılıb, istintaq onun Artur Vardanyanın təşkil etdiyi cinayət qrupunda iştirak etməsindən şübhələnir. Bununla yanaşı, cinayətkar qruplaşmanın 30 üzvü həbs olunub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *