Bakıda cinayətkar dəstə üzvləri tutuldu

Bakıda quldurluq edən şəxs saxlanılıb.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Xəzər rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da Ramin Yarməmmədova və Tural Paşayevə qarşı quldurluq edən qrupun digər üzvü - Rusiya Federasiyası vətəndaşı Gülhüseyn Sadıqov tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə: ANSPRESS