Bakıda fahişə alverçisi "Əfiş" tutuldu
Bakıda qadınları fahişəliyə cəlb edən şəxs tutulub.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilib.
Həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şəmkir rayon sakini Əfsanə Məmmədova saxlanılıb. Saxlanılan şəxs qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyurmuş
Qeyd edək ki, Əfsanə Məmmədva uzun illərdir qadın alverilə məşğul olurmuş. Onun insan alverçiləri arasında "Əfiş" adı ilə tanındığı bildirilir.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır
Mənbə:> ANSPRESS