Sarkisyan Fransaya niyə qaçır? » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Sarkisyan Fransaya niyə qaçır?

Sarkisyan Fransaya niyə qaçır?


Ermənistan prezidenti Serj Sarkisyan bu gün Fransaya işgüzar səfərə gedir. Bu, səfər heç də İrəvan sakinlərinin ürəyincə deyil. "Heç də mübarək olmasın və son gedişi olsun"

ANS PRESS-in məlumatına görə, bu sözlər bir çox erməni mətbuatında yer alıb.

Ermənistan prezidentinin mətbuat xidməti açıqlama yayıb ki, Serj Sarkisyanın Fransaya səfərinin məqsədi "Midem" beynəlxalq musiqi festivalına qatılmaqdır.

Yazılarda deyilir ki, bu açıqlama vəziyyəti daha qızışdırıb. Serjin festivala getmək təşəbbüsü onsuzda əsəbi tarıma çəkilən insanların böyük qəzəbinə səbəb olub. Belə ki, bir çox yerli ekspert bildirib ki, ölkədəki siyasi və iqtisadi vəziyyətin gərgin olduğu bir zamanda, mədəni həyatın məhv olduğu, insanların aclıq, səfalət içində yaşadığı, narazılığın, polis zorakılığının artığı, mitinq və nümayişlərin tüğyan etdiyi bir zamanda Serjin İrəvanı tərk etməsi başa düşülən deyil. Enerji qiymətlərinin artırılmasına etiraz olaraq küçələrə çıxan insanların taleyi Sarkisyanı qətiyyən maraqlandırmır və o, aclığa, rüşvətə, korrupsiyaya, dərəbəyliyə qarşı, insanların güzaranının yaxşılaşmasına, sosial problemlərinin həllinə heç bir köməyi, təsiri olmayacaq əhəmiyyətsiz festivala gedir. Yəni ölkənin ağır vaxtında onsuzda boş olan büdcəni mənasız səfərlərə xərcləyir, amma xalq aclıqdan ölür, yalavaclıqdan əziyyət çəkir. Sarkisyan isə başının dəstəsi ilə istirahətindən qalmır, Paris gecələrində gəzintiyə çıxır.

Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyanın Parisə son səfəri ötən il oktyabrın 26-da olub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *