Yolda qaydaları pozan Kadırov cərimələndi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Avto, Video

Yolda qaydaları pozan Kadırov cərimələndi – VİDEO

Yolda qaydaları pozan Kadırov cərimələndi


Çeçenistan prezidenti Ramzan Kadırov yol hərəkəti qaydalarını pozduğu üçün cərimələnib, belə ki, o və onun ailə üzvləri avtomobil sürərkən təhlükəsizlik kəmərini taxmayıblar.

Oxu.Az xəbər verir ki, region rəhbəri İnstagram-da öz maşınında çəkilmiş şəklini paylaşdıqdan sonra cərimə edilib.

“Kimsə mənim sükan arxasında təhlükəsizlik kəmərini taxmadığımı görüb. Bu barədə Çeçenistanın DİN-in Dövlət Yol Müfəttişliyinin rəisi Şamxan Denilxanova məlum olub.

Polkovnik operativ şəkildə reaksiya verib, protokol tərtib edib və cərimə yazıb”, - Kadırov məlumata dair şərhdə bildirib.

O, qəbz üzrə cəriməni bazar ertəsi, dekabrın 21-də ödəməyi vəd edib.

Kadırov vurğulayıb ki, yol hərəkətinin təhlükəsizliyi böyük mahiyyət kəsb edir:

“Mən işıqforlarda dayanarkən, yol işarələrinin tələblərinə riayət edirəm. İndi isə bunu daha böyük səylə edəcəm. Və hamını qarşılıqlı hörmət göstərməyə, yol hərəkəti qaydalarına riayət etməyə çağırıram!”, - o yazıb.

Bundan başqa, Çeçenistan rəhbəri İnstagram istifadəçilərinin maşında uşaqların xüsusi oturacaqda olmamalarına dair iradlarına da rəy bildirib.

“Mənə uşaqlar üçün xüsusi oturacaqların olması normaları məlumdur. Konkret halda taxılmamış kəmər və uşaqlar üçün oturacaqların olmamasının səbəbi bu çarxı çəkmək istəyi ilə izah edilir. Amma bu da olmamalı idi!”, - Kadırov izah edib.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *