Kadırov müqəddəs kitabları məhkəmə hökmündən azad etməyi təklif etdi
Çeçenistan prezidenti Ramzan Kadırov məhkəmələrə müqəddəs kitablar barədə hökm çıxarmağı qadağan edilməsini təklif edib.
Oxu.Az xəbər verir ki, siyasətçi bu barədə öz Instagram yazıb.
“Məhkəmələr yalnız insanların yazdığı kitablar barədə qərar verə bilərlər. Əks təqdirdə onların qərarları ölkədə sabitliyinin pozulmasına gətirib çıxara bilər”, - Kadırov yazıb.
Mənbə:> Oxu.Az