Kadırov: “İblis dövləti” qərb xüsusi xidmət orqanları tərəfindən yaradılıb
Çeçenistan prezidenti Ramzan Kadırov İraqda 120 nəfərin ölümü ilə nəticələnən terror aktı ilə bağlı Facebookda şərh yazıb, Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.
“İblis dövləti” bu terro aktına görə məsuliyyəti öz üzərinə götürüb. Mən dəfələrlə demişəm, və yenə qeyd edirəm ki, bu dəstənin islamla heç bir əlaqəsi yoxdur. O qərb xüsusi xidmət orqanları tərəfindən yaradılıb və bütövlüklə onlara tabedir. Müqəddəs gündə qan axıdanlara lənət olsun.”, - Kadırov yazıb.
Çeçenistan prezidenti qeyd edib ki, müxtəlif ölkələrdəki gənc müsəlmanlar Yaxın Şərqdəki hadisələri düzgün anlamalı olduqlarını qeyd edib və İŞİD-in Qiyamət günündə cəzasının ağır olacağını vurğulayıb.
Mənbə:> Oxu.Az