Kadırov öz qohumuna yüksək vəzifə verdi
Çeçenistan rəhbəri Ramzan Kadırov Qroznının meri 28 yaşlı İslam Kadırovu öz administrasiyasının və parlamentinin yeni rəhbəri təyin edib.
Kadırov İnstagram səhifəsində bildirib ki, İslam Kadırov Çeçenistan rəhbərinin administrasiyasının, eləcə də ölkə hökumətinin yeni rəhbəri təyin edilib, Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir.
“Mən ÇR administrasiyasına və parlamentinə yeni rəhbər təyin etdim. Bu, indiyə qədər Qroznının meri vəzifəsində çalışan İslam Kadırovdur. İslam Vaxayeviç təcrübəli rəhbərdir. O, ÇR rəhbərinin köməkçisi, əmlak və torpaq münasibətləri naziri vəzifələrində çalışıb. Onun rəhbərliyi altında Qroznıda ən mürəkkəb məsələlər həll edilib. İslam Vaxayeviçə uğurlu işlər arzulayıram!”, - məlumatda deyilir.
Xatırladaq ki, İslam Kadırov region rəhbəri Ramzan Kadırovun qohumudur. Amma Ramzan və İslamın qohumluq əlaqələrinin səviyyəsi dəqiq məlum deyil.
Mənbə:> Oxu.Az