Kadırov Azərbaycana gələn TIR sürücülərinə xəbərdarlıq etdi
Çeçenistan rəhbəri Ramzan Kadırov İnstagram səhifəsində sürücülərə xəbərdarlıq edib.
Oxu.Az xəbər verir ki, Kadırov sürücülərin əksəriyyətinin yol hərəkəti qaydalarına riayət etməyə meyilli olmadığını vurğulayıb.
“Dağıstan və Azərbaycana istiqamət alan böyük maşın axını Qudermesdən keçir. Təəssüf ki, sürücülərin əksəriyyəti yol hərəkəti qaydalarına riayət etməyə meyilli deyil”, - Çeçenistan rəhbəri yazıb.
O, həmçinin əlavə edib ki, bu, faciə ilə sonlanır. Ümumilikdə isə respublika üzrə yol qəzalarının sayının azalması müşahidə edilir.
Mənbə:> Oxu.Az