“Rusiyanın yanlış addımı hər şeyi məhv edə bilər” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

“Rusiyanın yanlış addımı hər şeyi məhv edə bilər”

“Rusiyanın yanlış addımı hər şeyi məhv edə bilər”


Türkiyənin İŞİD-ə qarşı müharibədə əsas fazaya keçməsi çox güman ki, NATO çərçivəsində razılaşdırılıb.

Bu barədə Axar.az-a politoloq İlqar Vəlizadə açıqlama verib. Ekspert İraqdakı hərbi əməliyyatlar üçün Mosulun seçilməsinin strateji baxımdan mühüm bir məqam olduğunu qeyd edib:

“Bu məsələ razılaşdırılmış şəkildə NATO-nun İŞİD-lə bağlı olan konsepsiyasının daxilində aparılan çox vacib əməliyyatdır. Çünki artıq Rusiya və Qərb koalisiyası anti-İŞİD əməliyyatlarında silahlı qüvvələr və quru qoşunlarının iştirakını zəruri sayır. Görünür, havadan əməliyyatlar kifayət etmir. Türkiyə də məhz bu səbəbdən belə bir addım atıb. Bu, Ankara üçün hüdudlarının təhlükəsizliyi ilə bağlı olan strategiyanın tərkib hissəsidir. Mosulun seçilməsi isə sırf strateji baxımından vacib bir nöqtədir. Mosul tranzit və nəqliyyat qovşağıdır. Bu qovşağın bir hissəsi Suriyaya, bir hissəsi İraqın cənubuna, bir hissəsi isə İraqda kürdlərin yaşadığı bölgələrə, buradan da Türkiyəyə qədər uzanır. Ankara məhz bu qovşağı əldə etməklə bölgədə İŞİD-in neft ifrastrukturunun nəzarətinə son qoymaq istəyir. Bu, nəinki aparılan anti-terror əməliyyatlarına fayda verəcək, eyni zamanda, prosesə dəstək verən kürd peşmərgələrinin işini də asanlaşdıracaq”.

Ekspertin sözlərinə görə, Kreml İŞİD-i məhv etmək üçün Türkiyənin İraqa qoşun yeritməsinə müdaxilə edərsə, NATO ilə üz-üzə gəlməli olacaq:

“Çünki söhbət təkcə türk qoşunlarının İraqa girməsindən yox, NATO strateji komandanlığın tərkibində aparılan planlara qarşı çıxmaqdan gedir. İraqda Rusiya-NATO qarşıdurması özəlliklə, Moskva üçün yaxşı heç nə vəd etmir. Əslində, belə bir vəziyyətdə İŞİD strateji üstünlük qazana bilər. Çünki Rusiya və NATO-nun mövqelərinin İraqda toqquşması birbaşa İŞİD-in maraqlarına xidmət edəcək. Bu, nə Rusiya, nə Türkiyə, nə də İŞİD-ə qarşı savaşan qüvvələrin xeyrinə olardı. İnanmıram ki, Rusiya bütün bu riskləri nəzərə alaraq, Bağdadda müharibəyə yaşıl işıq yandırsın”.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *